\"Neftçi\" klubu azarkeşlərə müraciət ünvanlayıb. Siasport.az saytı klubun müraciətini olduğu kimi nəzərinizə çatdırır: \"2010/11 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan \"Neftçi\" PFK UEFA Çempionlar Liqasına yüksək səviyyədə hazırlaşıb. Türkiyə və Avstriyada təlim-məşq toplanışı keçən komandamız güclü klublarla yoxlama görüşündə qüvvəsini sınayıb. Flaqman Avstriyada Çexiya və Albaniya çempionları, eləcə də Rumıniya vitse-çempionu ilə qarşılaşıb. Bir sözlə, \"Neftçi\" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiyanın \"Dinamo\" (Zaqreb) klubu ilə oyunları üçün maksimal dərəcədə hazırlıq keçib.
Bununla belə, \"ağ-qaralar\" püşkün bəxş etdiyi Avropanın güclü komandalarından biri – Xorvatiya çempionu \"Dinamo\" ilə iyulun 13-də keçirilən səfər oyununda acınacaqlı hesabla məğlub oldu. Buna görə də məşqçilər korpusu və futbolçular adından futbol ictimaiyyəti, kütləvi informasiya vasitələri, eləcə də azarkeşlərə üzrxahlıq edərək, bildiririk ki, iyulun 19-da baş tutacaq cavab oyununda məğlubiyyətin əvəzini layiqincə çıxmağa çalışacağıq. Sizlərdən \"Neftçi\"yə bu yolda yardımçı olmağı, sevimli və doğma komandanızı sonadək dəstəkləməyinizi xahiş edirik.
\"Neftçi\" PFK olaraq iyulun 19-da \"Dinamo\" ilə keçiriləcək cavab oyununda komandamızın gözəl oyun göstərərək, məğlubiyyətin əvəzini layiqincə çıxacağına inandığımızı bildiririk\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB