"Beşiktaş"ın Türkiyə Kubokundan imtina etməsinin əsl səbəbi məlum oldu!
İstanbulun Beşiktaş" futbol klubunun Türkiyə Kubokundan imtina etməsinin səbəbləri üzə çıxıb. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun prezidenti Yıldırım Dəmirörən dünən açıq şəkildə bildirmişdi ki, futbol oyunlarının alqı-satqısı üzrə aparılan əməliyyat çərçivəsində "Beşiktaş" futbol klubunun vitse-prezidentinin baş məşqçisinin və klubun başqa nümayəndələrinin həbs olunmasına, habelə Türkiyə Kuboku finalının şübhə altına alınmasına etiraz olaraq onlar qazandıqları Türkiyə Kubokundan imtina edirlər. Həttda Türkiyə mətbuatına görə, Y.Dəmirörən bun addımı ilə daha çox onu gözləyən həbs təhlükəsindən özünü qorumağa çalışır. Amma "Beşiktaş" prezidenti bu gün verdiyi açıqlamada deyib ki, bu addımla o tamam başqa məqsəd güdüb. belə ki, klub prezidenti bu fikirdədir ki, aparılan məhkəmələrdən və "Beşiktaş"ın günahsızlığı təsdiq olunandan sonra, onlar Türkiyə Kubokunu yenidən öz muzeylərinə aparacaqlar. Y.Dəmirörən, artıq Türkiyə futbol Federasiyası (TFF) ilə də bu məsələ ilə bağlı müzakirə apardıqlarını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB