ıBelarus Respublikasının Smoleviçi şəhərində keçirilən Avropa çempionatında iştirak edən ölkəmizin 18 yaşınadək qızlardan ibarət seçmə otüstü hokkey komandasının ilk turda yerli idmançılara 0:6 hesabı ilə məğlub olmasıı barədə məlumat vermişdik. Siasport.az saytı xəbər verir ki, Türkiyə təmsilçiləri ilə oyunda qızlarımız həmin məğlubiyyəti unutdura bilməyiblər. Təəssüf ki, hər şey bizim gözlədiyimiz kimi olmayıb. Otüstü hokkeyi yenicə öyrənməyə başlayan türkiyəli qızlar da yığmamızın arzusunu gözündə qoyublar. Oyunun 5-ci dəqiqəsində hesabı açan Türkiyə hokkeyçiləri bu üstünlüyü cəmi 3 dəqiqə saxlaya biliblər. 7-ci dəqiqədə Fəridə Məmmədova hesabı bərabərləşdirib.16-cı dəqiqədə qardaş ölkə təmsilçiləri yenidən hesabda irəli çıxıblar. Birinci hissənin son dəqiqəsində komandamızın kapitanı Nərgiz Novruzova yenidən hesabda tarazlıq yaradıb. Fasildən qayıtdıqdan 4 dəqiqə sonra Türkiyə komandası yenə də hesabda irəli çıxmağı bacarıb. Bundan 10 dəqiqə sonra qardaş ölkə təmsilçiləri 4-cü qolu Oksana Kuznetsovanın qoruduğu qapıdan keçriblər. 58-ci dəqiqədə Ceyhunə Məhərrəmovanın vurduğu qol yalnız hesab arasındakı fərqi azaltmaq və təsəllidən başqa bir şeyə lazım olmayıb. Digər oyunda isə Belarus hokkeyçiləri avstriyalıları 1:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Hazırda aktivində 6 xalı olan belaruslu qızlar yarış cədvəlinə başçılıq edirlər. Avstriya və Türkiyə komandaları 3 xalla müvafiq olaraq 2-ci-3-cü yerləri tuturlar. Azərbaycan hokkeyçiləri 1 xal belə toplaya bilməyərək sonuncu - 4-cü yerdədirlər. Bu gün yığmamız Avstriya təmsilçiləri ilə qarşılaşacaq. Digər cütü isə Belarus və Türkiyə komandaları təşkil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB