Bu gün UEFA Avropa Liqasında Azərbaycan klublarının potensial rəqiblərinin kimliyi bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında Azərbaycan klublarının potensial rəqiblərinin kimliyi bəlli olacaq
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir. Siasport.az saytı xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Bu püşkatmada Azərbaycanın klublarının da potensial rəqiblərinin kimliyi bəlli olacaq. Belə ki, Avroliqadakı təmsilçilərimiz "Xəzər Lənkəran"la "Qarabağ" müvafiq olaraq İsrail "Makkabi"si (Təl-Əviv) və Farar adalarının "Streymur" klubu ilə cavab görüşündən öncə növbəti potensial rəqibini tanımış olacaq. Yəni komandalarımız növbəti mərhələyə vəsiqə qazanacağı halda məhz həmin klublarla qarşılaşmış olacaqlar.

Klublarımızın potensial rəqiblərinə gəlincə, artıq UEFA iştirakçıları qruplara da ayırıb. Belədə, "Qarabağ"la "Xəzər Lənkəran"ın potensial 5 rəqibinin siyahısı da bəllidir.

Ağdam klubu "Streymur"u keçəcəyi halda Brugge (Belçika), Mainz (Almaniya), Helsingborg (İsveç) kimi güclü klublarla yanaşı Metallurg (Latviya) - Zalsburg (Avstriya) və Rad (Serbiya) - Olympiakos (Yunanıstan) cütlərinin qalibi ilə düşəcək.

"Xəzər Lənkəran" isə AZ Alkmaar (Hollandiya), Bursaspor (Türkiyə), həmçinin Rudar (Çernoqoriya) - Austria (Avstriya), Zeljeznicar (Bosniya və Herseqovina) - Sheriff (Moldova), Suduva (Litva) - Elfsborg (İsveç) cütlərinin qalibindən biri ilə mübarizə aparmalı olacaq.

1-ci qrup

Səpələnmişlər: Atletico (İspaniya), Young Boys (İsveçrə), Mlada Boleslav (Çexiya), Crvena Zvezda (Serbiya), Alania" (Rusiya).

Səpələnməmişlər: TPS (Finlandiya) - Westerlo (Belçika), Şaxtyor (Belarus) - Ventspils (Latviya), Kecskemet (Macarıstan) - Aktobe (Qazaxıstan), Floriana (Malta) - AEK (Kipr), Stromsgodset (Norveç).

2-ci qrup

Səpələnmişlər: AZ Alkmaar (Hollandiya), Rudar (Çernoqoriya) - Austria (Avstriya), Bursaspor (Türkiyə), Zeljeznicar (Bosniya və Herseqovina) - Sheriff (Moldova), Suduva (Litva) - Elfsborg (İsveç).

Səpələnməmişlər: Maccabi (Təl-Əviv, İsrail) – Xəzər Lənkəran (AZƏRBAYCAN), Flamurtari (Albaniya) - Jablonec (Çexiya), Ferencvárosi (Macarıstan) - Aalesunds (Norveç), Olimpija (Sloveniya) - Bohemians (İrlandiya), Gomel (Belarus).

3-cü qrup

Səpələnmişlər: Hapoel (Təl-Əviv (İsrail), Renn (Fransa), Levski (Bolqarıstan), Vitoria (Portuqaliya), Minsk (Belarus) - Gaziantepspor (Türkiyə).

Səpələnməmişlər: The New Saints (Uels) - Midtjylland (Danimarka), Legia (Polşa), Vaduz (Lixtenşteyn) - Vojvodina (Serbiya), Tirana (Albaniya) - Spartak (Trnava, Slovakiya), Metallurg (Rustavi, Gürcüstan) - İrtış (Qazaxıstan).

4-cü qrup

Səpələnmişlər: Palermo (İtaliya), Dinamo (Rumıniya), Reykjavik (İslandiya) - Zilina (Slovakiya), Karpatı (Ukrayna), Tauras (Litva) - Den Haag (Hollandiya).

Səpələnməmişlər: Omonia (Kipr), Vllaznia (Albaniya) - Thun (İsveçrə), Şaxtyor (Karaqandi, Qazaxıstan) - Saint Patrick's (İrlandiya), Llanelli (Uels) - Dinamo (Tbilisi, Gürcüstan), Iskra-Stal (Moldova) - Varaždin (Xorvatiya).

5-ci qrup

Səpələnmişlər: Brugge (Belçika), Metallurg (Latviya) - Zalsburg (Avstriya), Mainz (Almaniya), Helsingborg (İsveç), Rad (Serbiya) - Olympiakos (Yunanıstan).

Səpələnməmişlər: Sant Julia (Andorra) - Bnei Yehuda (İsrail), KuPS (Finlandiya) - Gaz Metan (Rumıniya), Streymur (Farer adaları) - Qarabağ (AZƏRBAYCAN), Differdange (Lüksemburq) - Levadia (Estoniya), Senica (Slovakiya).

6-cı qrup

Səpələnmişlər: Sparta (Çexiya), Stoke City (İngiltərə), Anorthosis (Kipr) - Gagra (Gürcüstan), Glentoran (Şimali İrlandiya) - Vorskla (Ukrayna), Harts (Şotlandiya)

Səpələnməmişlər: Hajduk (Xorvatiya, Paksi (Macarıstan) - Tromse (Norveç), Juvenes (San Marino) - Rabotnicki (Makedoniya), Örebro (İsveç) - Sarajevo (Bosniya və Herseqovina), Sligo Rovers (İrlandiya).

7-ci qrup

Səpələnmişlər: Crusaders (Şimali İrlandiya) - Fulham (İngiltərə), PAOK (Yunanıstan), Hafnarfyordur (İslandiya) - Nacional (Portuqaliya), Brondby (Danimarka), Metallurg (Makedoniya) - Lokomotiv (Sofiya, Bolqarıstan).

Səpələnməmişlər: Slask (Polşa) - Dundee United (Şotlandiya), Valerenga (Norveç) - Mika (Ermənistan), Ried (Avstriya), Häcken (İsveç) - Honka (Finlandiya), Domzale (Sloveniya) - Split (Xorvatiya)./azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня