Avropa çempionatında kişilərdən ibarət Azərbaycan yığmasının oyunlarına hakim təyinatları açıqlanıb
Beynəlxalq Basketbol Federasiyası (FİBA) Avropa çempionatının "B" divizionunun seçmə oyunlarında iştirak edəcək kişilərdən ibarət Azərbaycan yığmasının oyunlarına hakim təyinatlarını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan öz qrupunda Albaniya, Belarus, İsveç və Rumıniya ilə mübarizə aparacaq. Bu oyunlara Engin Kennerman (Türkiyə), Anton Maxlin (Rusiya) Murat Biriçik (Türkiyə), Yakub Zamojski (Polşa) hakimlik edəcək.
Milli komandamızın avqustun 12-də keçiriləcək ilk oyunundakı rəqibi Albaniya yığması olacaq.
Avqustun 18-də keçiriləcək ikinci görüşdə isə yığmamız Belarus milli komandası ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB