Umaxanovun xatirəsinə həsr olunmuş boks turnirində yarımfinalçıların adları məlum olub

Umaxanovun xatirəsinə həsr olunmuş boks turnirində yarımfinalçıların adları məlum olub

Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks turnirində yarımfinalçıların adları məlum olub. Siasport.az saytı xəbər verir ki, 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev ¼ final mərhələsində Polşa nümayəndəsi Lavrent Qriqoryanı rinqə çıxmağa peşman edib. 3-cü raundda boksçumuzun zərbələri qarşısında davam gətirə bilməyən Qriqoryan təslim olub.

Bu gün keçiriləcək yarımfinalda Abdullayev Rusiya yığmasının ən güclü idmançılarından sayılan dünya və Avropa çempionu Artur Beterbiyevlə döyüşəcək. 52 kq çəki dərəcəsində yarışan Məhəmməd Abdulhəmidov finala vəsiqə uğrunda rusiyalı Yevgeni Yermakovla üz-üzə gələcək. London Olimpiadasına lisenziya qazanan Soltan Migitinov (75 kq) yarımfinalda yerli boksçu Xaybula Musalovla qarşılaşacaq. Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidovu da yarımfinalda Rusiya nümayəndəsi-Arslanbek Mahmudov sınağa çəkəcək.

Qeyd edək ki, final görüşləri iyulun 16-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə