“Streymur” klubunun baş məşqçisi: "Növbəti oyunda nə qədər çətin olacağını bilirik"-AÇIQLAMA
"Son dəqiqələrdə vurulan qol həmişə növbəti oyun üçün əlavə güc verir". Siasport.az saytı xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ"la ilk oyundan sonra "Streymur" klubunun baş məşqçisi Hedin Asxam deyib. Baş məşqçi növbəti oyunda çox çətinlik çəkəcəklərini bildirib: "Biz növbəti oyunda nə qədər çətin olacağını bilirik. Xüsusilə də Azərbaycandakı hava şəraitinə görə. İstənilən halda sübut etməyə çalışacağıq ki, bu gün boşuna vuruşmadıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB