Roberto Karlos ona atılan banandan sonra "Anji"nin prezidenti olmaq istəyir!

Roberto Karlos ona atılan banandan sonra "Anji"nin prezidenti olmaq istəyir!
Məşhur braziliyalı futbolçu Roberto Karlos, sən demə ona banan atan azarkeşin "sevgisindən" o qədər təsirlənib ki, bundan sonra da Rusiya futbol ilə nəfəs almağa hazırlaşır. Siasport.az saytı xəbətr verir ki, "Real"ın əfsanələrindən sayılan, hazırda isə "Anji"nin kapitanı olan braziliyalı müdafiəçisi, futbol karyersanı bitirdikdən sonra da Mahaçqala klubuna prezidentlik etmək istəyir:
"Mənim hələ "Anji" ilə daha iki illik müqaviləm var. Müqavilə müddəti başa çatdıqdan sonra karyeramı bitirəcəm və Mahaçqala klubunun prezidenti olacam. Birinci dəfədir bu barədə açıqlama verirəm. Ancaq qarşıda hələ iki il var. "Anji"nin prezidenti olduqdan sonra güclü komanda yaradacam və burada bir neçə braziliyalı futbolçu çıxış edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə