"Barselona" Fabreqasa görə "Arsenal"a 40 milyon avro ödəməyə razıdır!

"Barselona" Fabreqasa görə "Arsenal"a 40 milyon avro ödəməyə razıdır!
İspaniyanın "Barselona" futbol klubu nəhayət ki, İngiltərənin "Arsenal" futbol klubunda çıxış edən Sesc Fabreqası transfer etmək üçün ingilislərin tələb etdikləri 40 milyon avronu gözdən çıxarmağa hazırdır. Siasport.az saytı xəbər verir ki, neçə həftədir ki, iki klub arasında gərginlik mənbəyi olan, üstəlik "Arsenal"ın öz daxilində xoşagəlməz hadisələrə səbəb olan S.Fabreqasın "Barselona" macarası, deyəsən ispanların xeyrinə həll olunmaq üzrədir. Belə ki, Barselonanın transfer komitəsinin koordinatoru Xose levantes, "AS" qəzetinə verdiyi açıqlamada artıq "Arsenal"ın S.Fabreqasın transferi üçün tələb etdiyi 40 milyon avronu ödəməyə hazır olduqlarını diqqətə çatdırıb. katalon təmsilçisinin koordinatoru diqqətə çatdırıb ki, onlar yeni mövsümə daha yaxşı hazırlaşmaq və təlim məşq toplanışlarına vaxtında başlamaq üçün yeni transferlərin tez müddətdə komandaya qoşulmalarını istəyirlər. "Barselona" təmsilçisinin bu açıqlamasından belə görünür ki, katalon klubu "topçuları" razı salmaq üçün hər şeyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə