"Beşiktaş"ın rəhbərləri də "qara siyahıya" düşdü!

"Beşiktaş"ın rəhbərləri də "qara siyahıya" düşdü!


Türk futbolunda danışılmış oyunlarla bağlı istintaqın ikinci mərhələsində ciddi proseslər baş verir. Siasport.az saytı xəbər verir ki, artıq daha beş nəfər həbs olunaraq, Metris həbsxanasına göndərilib. Bu dəfə "qara dalğa", İstanbulun "Beşiktaş" futbol klubunu hədəfə alıb. Belə ki, həbs olunanlar arasında "Beşiktaş" Futbol Şöbəsinin müdiri Sərdar Adalı, komandanın baş məşqçisi Tayfur Havutçu və "İstanbul Böyükşəhər Bələdiyəspor"un hücumçusu İbrahim Akın var. Digər iki nəfər isə "Beşiktaş"ın mühafizə müdiri Əhməd Atəş və Akının komanda yoldaşı İskəndər Alındır. Qeyd edək ki, yuxarıda adı çəkilən beş nəfər Türkiyə kubokunun final oyununda sövdələşməyə getməkdə günahlandırılıb. Belə ki,Havutçu və Adalı kubokun final görüşündən əvvəl "İstanbul BB"-nin aparıcı oyunçuları İbrahim Akın və İskəndər Alına həmin matçda pis oynayacaqları təqdirdə, transfer sözü veriblər. Türkiyə mətbuatının yazığını görə, hər iki futbolçu günahkar olduqlarını etiraf ediblər. İbrahim Akın 150 min dollar pul və 200 min dollarlıq atın qarşılığında ölkə kubokunun finalında "Beşiktaş"a qarşı qəsdən pis oynayıb. Artıq "Beşiktaş" klubunda prezident Yıldırım Dəmirörənin rəhbərliyi altında fövqəladə toplantının keçiriləcəyi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə