\"Neftçi\" dünən Xorvatiyada əsl rüsvayçı oyun sərgiləyərək, əslində Azərbaycan klublarının hansı səviyyədə olduqlarını bir daha ortaya qoydu. Siasport.az saytı xəbər verir ki, 39 minlik \"Maksimir\" stadionuna yığışan xorvat azarkeşlər, bərbad oyun sərgiləyən Azərbaycan klubunun qapısına vurulan 3 qoldan həzz alaraq, \"Dinamo\"nun qələbəsini bayram ediblər. Bir daha hamıya aydın oldu ki, palçıqlı Azərbaycan stadionlarında \"şıllaq atan\", heç bir futbol səviyyəsi və biliyi olmayan, pullu, qolu zorlu qohum-əqrəba zəngləri ilə zorla \"futbolçu\" edilən və səhərdən axşamadək bar-kafelərdə arvad-qız dalınca sürünən bu \"qəhrəmanlar\", elə bu cür rüsvayçı məğlubiyyətlərə layiqdirlər. \"Neftçi\" kimi bir komandanın bu günə düşməsi isə əsl rüsvayçılıqdır.
Gələk oyuna. Qarşılaşmanın birinci hissəsinin 36-cı dəqiqəsinə qədər qapısını qoldan qoruyan \"Neftçi\" futbolçuları, 37-ci dəqiqədən başlayaraq əsl kabus yaşamağa başladılar. Belə ki, oyunun 37-ci dəqiqəsində Badelj bakılıların müdafiədəki səhvlərindən sonra hesabı açıb 1:0.
Artıq vurulan qoldan sonra psixoloji olaraq \"sınan\" bakılılar, ikinci hissədə əsl Azərbaycansayağı \"oyun\" nümayiş etdiriblər. Hər zaman azarkeş üzünə möhtac olan \"Neftçi\" futbolçuları, 39 minlik möhtəşəm azarkeş dəstəyi altında özlərini itirərək kobud səhvlərlə yadda qalıblar. Qarşılaşmanın 46-cı və 65-ci dəqiqələrində Krstanoviç ard-arda \"Neftçi\"nin qapısına gözəl qollar vuraraq \"Dinamo\"nun 3:0 hesablı qələbəsini təmin edib. Artıq Bakıdakı cavab qarşılaşmasının formal xarakter daşıyacağı indidən məlumdur. Bir sözlə, \"Dinamo\" \"Neftçi\"nin \"kitabını bağladı\"!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB