Şahmat üzrə yığma komandamız Çinə yola düşüb

Şahmat üzrə yığma komandamız Çinə yola düşüb

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası Çinə yola düşüb.Siasport.az saytı xəbər veirr ki, iyulun 17-26-da Ninbo şəhərində Azərbaycan, Çin, Rusiya, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ, Misir və Ermənistanı təmsil edən 10 yığma komandanın iştirakı ilə komanda dünya çempionatı keçiriləcək.

Azərbaycan yığmasına Şəhriyar Məmmədyarov (2765), Vüqar Həşimov (2760), Teymur Rəcəbov (2744), Rauf Məmmədov (2679), Qədir Hüseynov (2625) daxildir. Şahmatçılarımız Çində yığmanın baş məşqçisi Vladimir Tukmakovun rəhbərliyi altında çıxış edəcəklər. O, şahmatçıların hansı lövhələrdə oynayacaqlarını müəyyənləşdirsə də, bunun sxemi hələlik açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə