Flaviniyo: "Böyük komandaları udmaq daha şərəflidir"-AÇIQLAMA

Flaviniyo: "Böyük komandaları udmaq daha şərəflidir"-AÇIQLAMA

"Dinamo" bütün dünyada tanınır. Məşqçilərlə birgə rəqibi analiz etmişik. Sözsüz ki, "Dinamo" güclü klubdur. Lakin böyük komandaları udmaq daha şərəflidir. Ona görə də rəqibə qalib gəlmək üçün bacarığımızı əsirgəməyəcəyik". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo deyib.

Braziliyalı futbolçu bu günkü oyuna tam hazır olduqlarını da bildirib: "Avstriyada yüksək səviyyədə hazırlıq keçmişik. Oranın iqlimi yaxşı olduğundan, təlim-məşq toplanışı ürəyimizcə oldu. Üstəlik, çox faydalı yoxlama görüşləri də keçirmişik. Bu günkü oyuna tam hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə