Rəşad Abdullayev: "Komandamızın bütün üzvləri anlayır ki, "Dinamo" ciddi rəqibdir"-AÇIQLAMA

Rəşad Abdullayev: "Komandamızın bütün üzvləri anlayır ki, "Dinamo" ciddi rəqibdir"-AÇIQLAMA

"Real danışsaq, güclü komanda ilə düşmüşük. Komandamızın bütün üzvləri anlayır ki, "Dinamo" ciddi rəqibdir. Bu günkü oyunda əsas silahımız istəkdir". Siasport.az saytı xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə səfər oyunu ərəfəsində "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu Zaqrebdən lazımi nəticə ilə dönəcəklərini bildirib: "Neftçi"də əhval-ruhiyyə yüksək səviyyədədir. Zaqrebdə "Dinamo" ilə başabaş mübarizə aparmağa qadirik. Əla hazırlıq keçmişik. Çalışacağıq ki, lazım olan nəticəni əldə edək".

Bütün xəbərlər Facebook səhifəmizdə