Deyəsən İngiltərədə "Mançester Siti"ni sevməyənlərin sayı həddən artıq çoxdur. Siasport.az saytı xəbər verir ki, əgər belə olmasaydı, ərəb şeyxlərinin klubu kimi tanınan "Mançester Siti"nin öz futbolçuları belə bu faktı ingilis mətbuatına açıqlamazdılar. Klubun hollandiyalı futbolçusu Nigel De Jonq "The Sun" qəzetinə açıqlamasında vurğulayıb ki, İngiltərədə "Mançester Siti" ingilislərin ən çox nifrət etdikləri klub kimi tanınır. Hollandiyalı futbolçu ingilislərin əvvəllər olduğu kimi indi "Çelsi"yə deyil, məhz "Mançester Siti"yə nifrət etdiklərini deyərək, futbolçu yoldaşlarının bu məsələdən qorxub çəkinmədiklərini, öz futbol həyatları barədə düşündüklərini və qarşıda "Mançester Siti"nin də "dumanlı albiom"da sevilən bir klub olacağına əmin olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB