"Barselona" 22 yaşlı çilili futbolçunun transfer qiymətini niyə gizlədir?
İspaniyanın "Barselona" futbol klubunun yeni transferi barədə gəzən ziddiyətli məlumatlar böyük səs-küy yaradıb. Siasport.az saytı xəbər verir ki, dünən axşam yayılan məlumatlarda katalon klubunun çilili futbolçu Aleksa Sançesin İtaliyanın "Udenize" futbol klubundan 26 milyon avroya transfer olunduğu bildirilirdi. 22 yaşlı futbolçu üçün italyan klubu ilə əl sıxdıqlarını hətta "Barselona"nın vitse-prezidenti Jozep Maria Bartemeu da təsdiq edib və "Marça" qəzetinə bildirib ki, onlar "Udenize" rəsmiləri ilə son detallar üzərində işləyirlər. Amma indi məlum olub ki, "Barselona"nın çilili futbolçu üçün italyan klubuna ödəyəcəyi məbləğ deyildiyi kimi 26 milyon avro deyil. Sən demə "Barselona" təmsilçiləri əsl məbləği mətbuatdan gizli saxlamağa çalışırlar.Artıq əksər İspaniya qəzetlətində bu məsələ aparıcı mövzuya çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB