Bakı şəhər yığması beynəlxalq turnirdə ən texniki komanda nominasiyası üzrə II yerə layiq görülüb

Bakı şəhər yığması beynəlxalq turnirdə ən texniki komanda nominasiyası üzrə II yerə layiq görülüb
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası Gürcüstan Respublikasının Poti şəhərində keçirilən reqbi üzrə beynəlxalq turnirdə iştirak edib. Siasport.az saytı xəbər verir ki, Gürcüstanın qabaqcıl idman klubları ilə yanaşı, 8 dövlətin idmançılrının qatıldığı beynəlxalq turnirdə Bakı idmançıları yüksək nailiyyətlər əldə ediblər. Belə ki, baş məşqçı Vaqif Səadətxanın rəhbərliyi altında 25 nəfərlik Bakı şəhər yığma komandası ən texniki komanda nominasiyası üzrə II yerə layiq görülüb. Bakı şəhər yığma komandası kubokla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə