UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 23:00-da, Xorvatiyanın Zaqreb şəhərindəki "Maksimir" stadionunda "Dinamo" və "Neftçi" komandaları qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Antony Gautier
Baş hakimin köməkçiləri: Michael Annonier, Christophe Capelli
Dördüncü hakim: Ruddy Buquet
(Hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Vaclav Krondl (Çexiya)
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç)
"Dinamo" (Zaqreb) - "Neftçi" oyunu Space kanalında canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB