"İmarət" fanklubunda istefa
Supersport.Az-ın məlumatına görə, bu gün "İmarət" fanklubunun İdarə Heyətinin toplantısı olub. Siasport.az saytı xəbər verir ki, toplantı ilk öncə bu il universitetə qəbul olan fanklub üzvü Elvin İbrahimlinin şərəfinə tort kəsilməsi ilə başlanıb. Sonra İdarə Heyəti əvvəlki oyunlarda üzərlərinə düşəcək işlər barəsində fikir mübadiləsi aparıb. Toplantının sonunda İdarə Heyətinin üzvü Zaur Salman öz xahişi ilə üzvlüyünü Elvin İbrahimliyə verilməsini bildirib. İdarə Heyəti bu qərarı müsbət qarşılayıb. Beləliklə, İdarə Heyətinin yeni üzvü Elvin İbrahimli olub. Zaur Salmana isə bundan sonra fanklubun mətbuatla əlaqələndiricisi vəzifəsi həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə