Milli çempionatların yüksək liqasında azı 200 qol vurmuş və öz karyerasını davam etdirən futbolçuların siyahısı dərc edilib. Siasport.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) tərəfindən tərtib olunmuş siyahıya 18 hücumçunun adı daxil edilib. 444 matçda 328 qol vurmuş avstriyalı Aleksandr Duriç siyahıda birinci yeri tutur. Şimali irlandiyalı Qlenn Fergüson liderdən 4 qol az vurub, lakin bu nəticəyə 660 matçda nail olub. Üçüncü yeri tutan uelsli Mark Lloyd Uilyams 471 görüşdə rəqib qapısından 320 top keçirib. Məşhur futbolçulardan braziliyalı Rivaldo 267 qol ilə 6-cı, fransız Tyerri Anri 242 qol ilə 9-cu, İspaniya futbolunun əfsanəvi nümayəndəsi Raul 240 qol ilə 10-cu yerdədir. Keçən il "Neftçi"nin Bakıya dəvət etdiyi, lakin razılığa gələ bilmədiyi özbək Cəfər İrismetov 236 qol ilə 12-ci yerdədir. Xatırladaq ki, Azərbaycan futbolçuları arasında yüksək liqada ən çox qol vuran Nazim Əliyevdir. O, ölkə çempionatlarında 183 dəfə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB