İtaliyanın "Roma" futbol klubu, son günlər başı qalmaqallarda olan İstanbulun "Fənərbaxça" futbol klubunun braziliyalı futbolçusu Andre Santosu transfer etmək istəyir. Siasport.az saytı xəbər verir ki, Amerika Kuboku uğrunda mübarizədə futbol üzrə Braziliya millisində forma geyinən A.Santos, sən demə gözəl oyunu ilə italyanların da diqqətini cəlb edib. Həttda İtaliyanın "Corriere dello Sport" idman nəşri artıq Roma təmsilçisinin A.Santos üçün bu yaxınlarda "Fənərbaxça"nın "qapısını döyəcəyini" yazır. İtalyan nəşri iddia edir ki, "Roma" A.Santos üçün "Fənərbaxça"ya sərfəli transfer qiyməti təklif edir.
Xatırladaq ki, İspaniyanın "Barselona" futbol klubu da A.Santosun transferində maraqlıdır və bu istəyi katalonların rəhbərliyi də açıq şəkildə dilə gətiriblər. Belə görünür ki, "Fənərbaxça"nın braziliyalı ulduzu uğrunda "Barselona" və "Roma" mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB