"Yoldaşlıq oyunlarında da sübut etdik ki, komandamızda hər şey qaydasındadır. Nə olursa-olsun, "Neftçi" öz oyununu oynamalıdır". Siasport.az saytı xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə oyunu ərəfəsində "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc futbolçu sözlərinə belə davam edib: "İnşallah, "Dinamo" səddini keçəcəyik. Təlim-məşq toplanışına gəlincə, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında çox faydalı hazırlıq keçdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB