Doqquz rəqəmi və \"Xəzər Lənkəran\"

Doqquz rəqəmi və \"Xəzər Lənkəran\"

Bu həftə Avropanın diqqəti qitə turnirlərinin II təsnifat mərhələsinə yönələcək. Siasport.az saytı xəbər verir ki, "Xəzər Lənkəran" da Avroliqanın bu mərhələsində ilk oyununu keçirəcək. İsraildə Təl-Əvivin "Makkabi" klubu ilə keçiriləcək ilk matç komanda üçün əlamətdar olacaq. "Xəzər Lənkəran" tarixində ilk dəfə II mərhələdə oynayacaq.

İndiyədək 4 dəfə qitə arenasına daxil olan komanda hər dəfə mübarizəyə I təsnifat mərhələsindən başlayıb. Ümumiyyətlə avrokuboklarda 8 matç keçirən "Xəzər Lənkəran" 9-cu oyununa çıxacaq.

"Xəzər Lənkəran"ın avrokuboklardakı bütün oyunları

MÖVSÜM TARİX TURNİR RƏQİB M HESAB

2005/06 14.07.2005 UEFA kuboku NİSTRU (Moldova) s 1:3

2005/06 28.07.2005 UEFA kuboku NİSTRU (Moldova) e 1:2

2007/08 17.07.2007 Çempionlar Liqası DİNAMO (Zaqreb, Xorvatiya) e 1:1

2007/08 24.07.2007 Çempionlar Liqası DİNAMO (Zaqreb, Xorvatiya) 1:3, ə.v.

2008/09 17.07.2008 UEFA kuboku LEX (Polşa) e 0:1

2008/09 31.07.2008 UEFA kuboku LEX (Polşa) s 1:4

2010/11 01.07.2010 Avropa Liqası OLİMPİYA (Moldova) s 0:0

2010/11 08.07.2010 Avropa Liqası OLİMPİYA (Moldova) e 1:1

9-cu avrokubok oyununa çıxacaq komanda əvvəllər daha 2 yarışda bu səddi keçib. Azərbaycan çempionatlarındakı 9-cu matç darmadağınla əlamətdar olub. Bu həm də klub tarixində 9-cu qarşılaşma olub.

2004/05 03.11.2004 Azərbaycan çempionatı GƏNCLƏRBİRLİYİ (Sumqayıt) e 6:0

Azərbaycan kuboklarındakı 9-cu oyunda isə darmadağın olmasa da inamlı səfər qələbəsi əldə olunub. Bu isə o deməkdir ki, 9-cu oyunlar \"Xəzər Lənkəran\"a uğur gətirir.

2005/06 05.11.2005 Azərbaycan kuboku ŞAHDAĞ (Qusar) s 2:0

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com