İspaniyanın "Real Madrid" futbol klubu yeni mövsüm hazırılıqlarını davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarına yollanıb. Siasport.az saytı xəbər verir ki, kral klubu dünən axşam Los Ancelsdəki təlim-məşq düşərgəsinə gəlib. Baş məşqçi Joze Maurinyo əsas heyətdə Nuri Şahin, Fabio Koentrao, Raphael Varane, Jose Kallejon, Ronaldo, Mesut Özil, İker Kasillyas, Serxio Ramos, Xavi Alonso, Sami Khedira və Kərim Benzemaya yer verib. "Real"ın məşhur braziliyalı futbol ulduzu Kaka isə sonradan komandanın təlim-məşq toplanışına qoşulacaq. Almaniyanın "Bayern Münhen" futbol klubundan transfer olunan Hamit Altıntop isə zədəsini sağaltmaq üçün Madriddə qalıb. "Real Madrid" futbol klubunun yeni idman direktoru olan Zinəddin Zidan da komanda ilə birlikdə Los Ancelsdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB