İstanbulun "Qalatasaray" klubu ilə yollarını ayıraraq köhnə komandası olan İngiltərənin "Liverpul" futbol klubuna qayıdan Emiliano İnsua, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki., bir müddət bundan əvvəl İtaliyanın köklü futbol klublarından sayılan "Roma"nın da israrla heyətində görmək istədiyi argentinalı futbolçu, özünün Facebook-dakı rəsmi səhifəsində tamam başqa fikirdə olduğunu nümayiş etdirib. Belə ki, E.İnsua məhz elə "Liverpul"da qalaraq möhkəmlənmək və yeni baş məşqçi ilə ugurlu mövsüm keçirmək istədiyini dilə gətirib. O, "Liverpul"un heyətində güclü futbol nümayiş etdirəcəyini və bunu bacarmaq gücündə olduğunu da ifadə edib.
Amma məsələnin bir başqa tərəfi də var ki, bu da E,İnsuanın arzuları ilə üst-üstə düşmür. Belə ki, "Liverul"un hazırkı baş məqşçisi Kenyy Dalqiş məhz E.İnsuanın oynadığı mövqeyə yeni bir futbolçu almaq lazım olduğunu bir həftə öncə bəyan etmidir ki, bu da E.İnsuanın onun diqqətindən kənarda qaldığını göstərən faktdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB