Nəhayət ki, futbol üzrə Argentina milli komandası qələbənin nə demək olduğunu hiss etməli olub. Siasport.az saytı xəbər verir ki, Diyeqo Maradonanın vətənində təşkil olunan Amerika Kubokunda olduqca uğursuz çıxış edərək bütün Argentinanı qəmə düşar edən milli komanda, dünənki qarşılaşmada Kosta Rika yığmasının qapısına 3 cavabsız qol vuraraq adını 1/4 final mərhələsinin iştirakşıları sırasına yazdıra bilib.
Necə deyərlər, Argentina yığması biyabırçılığın bir addımlığından geri dönüb. Diyeqo Maradonanın kürəkəni olan Aquero 45 və 53-cü dəqiqələrdə, "Real"ın ulduz futbolçusu Di Mariya isə 64-cü dəqiqədə gözəl qollara imza ataraq Argentinanı faciədən qurtara biliblər. Amma artıq 1/4 finalda D.Maradonanın həmvətənlərini ciddi rəqiblər gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB