İdmançılarmız beynəlxalq gənclik düşərgəsinə yollanıblar

İdmançılarmız beynəlxalq gənclik düşərgəsinə yollanıblar

Fransanın cənubunda, Tuluzanın 120 kilometrliyində yerləşən kiçik Aryej şəhərində beynəlxalq gənclik düşərgəsi işə başlayıb. Sisport.az saytı xəbər verir ki, düşərgəni Fransa alpinizm klubu və UİAA-nın (Beynəlxalq Alpinist Assosiasiyaları İttifaqının) Gənclər Komitəsi təşkil ediblər.

"International Youth Climbing Camp - 2011" toplantısında 16-21 yaşlı gənc qayayadırmananlar iştirak ediblər.

AAF gənclər arasında qayayadırmanma idmanının inkişafı proqramı çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmançılarımızı bu nadir tədbirə göndərib.

Yevgeniya Şiyanova, Azad Məmmədov və Vitali Yeskin dünyanın müxtəlif ölkələrindən olan qayayadırmananlarla birlikdə 10 gün müddətində öz nəzəri biliklərini artıracaq, praktiki məşğələlərdə və məşqlərdə iştirak edərək ustalıqlarını təkmilləşdirəcəklər.

Gənclərimiz üçün bu tədbir həm yeni qayayadırmanma regionları ilə tanış olmaq, həm də Fransaya maraqlı səyahət etmək, xarici dillərdə danışmaq təcrübəsi keçmək, idman sahəsində yeni dostlarla təcrübə mübadiləsi etmək imkanı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə