Məhbusların vəfası Əziz Yıdırımı ağlatdı!

Məhbusların vəfası Əziz Yıdırımı ağlatdı!
Hazırda futbol oyunlarının alqı-satqısı üzrə ittham olunaraq Metris həbsxanasında saxlanılan "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, elə bir şok mənzərə ilə qarşılaşıb ki, axırda göz yaşlarına belə hakim ola bilməyib. Siasport.az saytı xəbər verir ki, bazar günü axşam məhkəmə qərarından sonra həbsxanaya aparılarkən "Fənərbaxça" azarkeşləri öz çılğın hərəkətləri ilə nə qədər klub prezidentinə həyəcanlı anlar yaşatmışlarsa belə, hər şey dünən gecə həbsxanadakı "Fənərbaxça" azarkeşi olan məhbuslar və həbsxana işçiləri tərəfindən Ə.Yıldrıma göstərilən təsirli mənzərə ilə özünün pik nöqtəsinə çatmış olub.
Sən demə məhbus azarkeşlər və həbsxana işçiləri olan "fənərlilər", Ə.Yıldırıma dəstək əlaməti olaraq "Sən bizim kocaman qururumuzsan" deyə qışqıraraq, bir anda bütün həbsxanada kritik saatlar yaşadıblar. Məhbusların bu aksiyası həttda Türkiyə ədliyyə orqanlarını belə hərəkətə keçirib. Bundan təsirlənən Ə.Yıldırım isə göz yaşlarını saxlamaya bilməyərək, bu insanları əli ilə salamlayıb. Hazırda Ə.Yıldırım yerləşdiyi Metris həbsxanasında tək otaqlı kamerada saxlanılır. O daimi həkim və psixiator nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə