“Bakı” Vətənə döndü

Sloveniya toplanışının ilk mərhələsini başa vuran "Bakı" Vətənə dönüb. Siasport.az saytı xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsini 13-17 iyul aralığında klubun təlim-məşq bazasında davam etdirəcək.


Bu gün bir araya gələcək "Bakı" bir məşqlə hazırlıqlara start verəcək. Saat 19:00-da baş tutacaq məşq, klubun təlim-məşq bazasının təbii örtüklü meydançasında keçiriləcək.


İlk məşqdə İbrahim Karqbo və 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov və Rəhman Hacıyev iştirak etməyəcəklər. İbrahim Karqbo pasportunda yaranan problem səbəbindən komandaya iyul ayının 17-də Sloveniyada qatılacaq.


Zədə səbəbi ilə Sloveniya toplanışında iştirak edə bilməyən Əziz Quliyev isə bu gündən komandaya qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə