\"Qarabağ\" Farer adalarına yola düşdü

\"Qarabağ\" Farer adalarına yola düşdü

Avroliqanın ikinci mərhələsində Farer adalarının \"Streymur\" klubunun qonağı olacaq \"Qarabağ\" klubu bu səhər paytaxtı tərk edib. Siasport.az saytı xəbər verir ki, səhər saatlarında Bakı - İstanbul - Kopenhagen reysiylə yola düşən komanda Danimarkanın paytaxtında Farer adalarının eyni statuslu şəhəri Torşavna keçəcək.

Bu günü yolda keçirəcək komanda bir də növbəti gün məşqə çıxacaq. Ağdam təmsilçisi oyunun keçiriləcəyi stadionda yerli vaxtla 18:00-da (Bakı vaxtıyla 22:00-da) məşqə çıxacaq. \"Qarabağ\" Farer adalarına son məşqdə zədələnmiş Tural İsgəndərovsuz yollanır.

Xatırladaq ki, Avroliqanın 2-ci mərhələsində \"Streymur\" - \"Qarabağ\" oyunu iyulun 14-ündə Bakı vaxtıyla saat 23:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə