İngiltərənin "Arsenal" klubu heyətini gücləndirməyə qərar verib. Siasport.az saytı xəbər verir ki, son günlər Sers Fabreqasla bağlı başı qalmaqallara qarışan "topçular", nəhayət ki, yeni futbolçular transfer etməli olduqlarını anlayıblar. Belə ki, "Arsenal" son Fransa çempionu "Lill"in hücumçusu Cervinyo ilə rəsmi müqavilə imzalayıb. Futbolçu ilə neçə illik müqavilənin imzalandığı bilinməsə də, amma onun transferində ingilislərin düz 12 milyon avro "tərlədikləri" ortada olan faktdır. "Arsenal"ın fransız baş məşqçisi Arsen Venger də bu transferi təsdiqləyərək bildirib ki, Cervinyo artıq rəsmən "Arsenal"ın oyunçusudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB