Saşa Stamenkoviç: "Dinamo" ilə oyuna tam hazırıq"-AÇIQLAMA

Saşa Stamenkoviç: "Dinamo" ilə oyuna tam hazırıq"-AÇIQLAMA

"Heç kimə sirr deyil ki, "Dinamo" çox ciddi rəqibdir. Amma biz Zaqreb təmsilçisindən çəkinmirik". Siasport.az saytı xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə oyunu ərəfəsində "Neftçi"nin yeni transferi Saşa Stamenkoviç klubun rəsmi saytına açıqlamasında deyib.

Serb qolkiper hər şeyin Bakıdakı cavab oyununda məlum olacağını bildirib: "Dinamo" ilə oyuna tam hazırıq. Fikrimcə, hər şey Bakıdakı oyunda məlum olacaq. Sevindirici haldır ki, biz bu oyuna itkisiz hazırlaşırıq. "Neftçi"yə gəlincə, məni komandada çox yaxşı qəbul ediblər, özümü burada çox rahat hiss edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə