Boks üzrə milli komandamız Avropa çempionatından sonra ilk təlim-məşq toplanışını keçir
Boks üzrə milli komandamız Avropa çempionatından sonra ilk təlim-məşq toplanışını keçir. Siasport.az saytı xəbər verir ki, yığmamız Lənkəran şəhərində bərpa məqsədi ilə bir araya gəlib. Millimizin "1-ci nömrələri"nin olduğu toplanışda yalnız Avropa çempionu Salman Əlizadə iştirak etmir. 17 yaşlı boksçunun burnunda ağrılar olduğundan o, toplanışdan azad edilib. "Qafqaz Sahil" otelində qalan komandamız gündə 2 dəfə məşq edir. Səhərlər dəniz kənarında kross qaçan boksçular axşam saatlarında trenajorda hazırlaşır, futbol və basketbol oynayır, hovuzda üzgüçülüklə məşğul olurlar. Bərpa xarakterli təlim-məşq toplanışı iyulun 15-də yekunlaşacaq. Bundan sonra Bakıya gələcək boksçularımız dünya çempionatına hazırlıq məqsədi ilə İtaliyada yerli idmançılarla toplanış keçəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB