Teymur Məmmədov: "Dünya çempionatında qarşıma ilk “üçlüyə” düşməyi məqsəd qoymuşam”-AÇIQLAMA
Boks üzrə son Avropa çempionu Teymur Məmmədov Lənkərandakı toplanışın komandaya çox xeyri dəyəcəyinə inanır. Siasport.az saytı xəbər verir ki, 18 yaşlı idmançı gərgin qrafikdən sonra bərpa xarakterli toplanışların böyük əhəmiyyət kəsb etdiyini deyir: "Federasiyamızın prezidenti Kəmaləddin Heydərova bizə yaratdığı hər tərəfli şəraitə görə təşəkkür edirəm. Lənkəranda dəniz kənarında məşq etməklə, həm də gərgin qrafikdən sonra yenidən toparlanmağa imkan tapırıq. Uşaqların hamısının əhval-ruhiyyəsi yüksəkdir. İnanıram ki, dünya çempionatından sonra da kefimiz yerində olacaq". 91 kq çəki dərəcəsində mübarizə aparan boksçu lisenziya xarakterli yarışda öz şanslarını da dəyərləndirib: "Avropa çempionatı başlayandan finala kimi mənim çəkim 81 kq 800 qramı keçmədi. Əlbəttə, bu mənə müəyyən çətinlik yaradırdı. Əgər dünya çempionatında çəkim 85-86 kq olsa, daha yaxşı olar. Bakıdakı yarışda da əsas rəqiblərim Rusiya və Ukrayna nümayəndələri olacaq. Dünya çempionatında qarşıma ilk "üçlüyə" düşməyi məqsəd qoymuşam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB