Taekvondo üzrə qadınlardan ibarət Azərbaycanın seçmə komandasının 4 üzvü - London Olimpiadasına vəsiqə qazanan Fəridə Əzizova, Günay Ağakişiyeva, Səbinə Mikayılova və Türkanə Tahirli, milli komandanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə Koreya Respublikasına yola düşüblər. Siasport.az saytı xəbər verir ki, qadın taekvondoçularımız müxtəlif şəhərlərdə təlim-məşqlər və təcrübəli yerli idmançılarla yoxlama görüşləri keçirəcəklər. Bundan başqa idmançılarımız iyulun 14-dən 19-dək Çunçon şəhərində açıq turnirdə çıxış edəcəklər. İdmançılarımız avqustun 5-də Vətənə dönəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB