Tofiq Bəhramov adına Respublika stadionunda və \"Fırtınalar meydanı\"nda toy etmək olar!
\"Barselona\"nın ev oyunlarını keçirdiyi \"Nou Kamp\" stadionunda ilkə imza atıldı. Siasport.az saytı xəbər verir ki, stadionda ilk dəfə toy mərasimi keçirildi.
\"Nou Kamp\" rəhbərliyi toylar üçün meydançanı 2010-cu ildən ayırmışdı. Lakin indiyədək bu imkandan yararlanan olmamışdı. İlk belə imkandan \"Barselona\" azarkeşi, sabiq hokkeyçi İban Anqlada və iqtisadçı Siqrid Sans yararlanaraq, dünya evinə sevimli komandalarının stadionunda daxil oldular.
Bəs görəsən Azərbaycanda stadionda evlənmək mümkündürmü? Hansısa futbol azarkeşi belə bir fikrə düşsə, stadion rəhbərliyi onlara hansı cavabı verər? Bununla bağlı ölkənin iki əsas arenasının - Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılova və Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyevə müraciət etdik.
Akif İsmayılov (Tofiq Bəhramov adına Respublika stadionunun direktoru): \"Əgər azarkeşlrimizdən belə bir təklif olsa, hər bir şərait yaradarıq. Niyə də olmasın? Əgər \"Nou Kamp\"da belə bir xidmət varsa, biz də azarkeşlərimiz üçün təşkil edə bilərik. Açığı bu yenilik oldu və bu təklifi ilk dəfə eşitdim. Ona görə də Tofiq Bəhramov adına Respublika stadionunda ilk dəfə sənin toyunun olmasını istəyirəm. Sonra ardı gələcək. İlk dəfə fanat.az-ın əməkdaşının toyunun mərkəzi arenada olmasını təklif edirəm.
Maddi xərclərə gəldikdə, bu sifarişlərdən və istəklərdən asılı olmalıdır. Bu konsert proqramının təşkili kimi bir şeydir. Azarkeşlərimizdə belə bir istək olsa, onlar üçün istədikləri şərait yardılar\".
Höccət Hacıyev (Lənkəran şəhər stadionunun direktoru): \"Bu sual mənim üçün gözlənilməz oldu. Belə bir sualla ilk dəfə qarşılaşdığımdan konkret cavab verə bilməyəcəm. Amma onu deyə bilərəm ki, sadiq, həmişə komandamızı dəstəkləyən, sevən azarkeşlərimizdən müraciət edən olsa, yəqin ki, razılaşarıq. Niyə də olmasın?\"//fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB