Əziz Yıldırımın arxasınca həbs olunmaq növbəsi "Trabzonspor" prezidentinə çatdı!

Əziz Yıldırımın arxasınca həbs olunmaq növbəsi "Trabzonspor" prezidentinə çatdı!
Türkiyədə baş verən futbol qalmaqalları getdikcə böyüməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, dünən gecə "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, oyun alqı-satqısı və qanunsuz qruplaşmalar yaratmaqda ittiham olunaraq həbs olunub. "Fənərbaxça"nın minlərlə azarkeşi isə Ə.Yıldırımın yerləşdiyi həbsxanaya doğru yürüş eədərək polisə və jurnalistlərə hücum ediblər. Baş verən qarşıdurmada onlarla insan yaralanıb.
Bu gün səhər isə "Trabzonspor" futbol klubunun prezidenti Sadri Şener də həbs olunub. Ona qarşı da futbol oyunlarının alqı-satqısı və danışılmış qarşılaşmalar hazırlamaq üzrə ittiham elan olunub. Türkiyə futbolundakı gərginlik artıq pik həddinə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə