Meksika millisi dünya çempionu oldu

Meksika millisi dünya çempionu oldu

Meksika yığması 17 yaşlı futbolçular arasında dünya çempionatının qalibi adını qazanıb. Siasport.az saytı xəbər verir ki, finalda Uruqvay millisini məğlub edən "yaşıllar", bu turnirlərdə ikinci belə uğura nail olublar. Meksika 2005-ci ildə də çempionluğa nail olmuşdu.
Dünənki oyunda isə 2:0 hesabı qeydə alınıb. Briseno və Kasilyasın qolları qələbəni təmin edib.

Uruqvay (U-17) - Meksika (U-17) 0:2
Briseno, 31. Kasilyas, 90.
Uruqvay (U-17): Kubero, Furiya, Moreyra (Kanobra, 69), Velaskes, Rodriqes, Mendes (Çaramoni, 79), Pais, Varela, Alvares, Silva, Aqirre (San Martin, 26).
Meksika (U-17): Sançes, Tostado (Qomes, 63), Kabalero, F.Flores, Briseno, Esperikueta, Eskamilya, Qonsales, Karlos Qusman, Ferro (Kasilyas, 85), Bueno (Qrasiya, 74).

3-cü yer uğrunda oyun:
Braziliya (U-17) - Almaniya (U-17) 3:4
Vellinqton, 22. Adrian, 29-pen. Adrian, 33 - Aydın 20, 63. Günter, 45. Ayçiçek, 55.

Braziliya (U-17): Şarles, Barbosa, Markinos, Volles, Emerson, Bika, Misael (Ernani, 56), Vellinqton (Natan, 56), Adrian, Pyazon, Ademilson (Qilerme, 70).
Almaniya (U-17): Vlaxodimos, Ayhan (Günter, 36), Perray, Rekker, Korzovski, Xedira, Yalçın, Vayzer (Şnellxardt, 82), Aydın, Ayçiçek (Can, 90), Yeşil.

Bütün xəbərlər Facebook səhifəmizdə