Qyoko Haciyevski yeni iş yeri tapıb

Qyoko Haciyevski yeni iş yeri tapıb

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də "Bakı" və "Simurq" klublarının sabiq baş məşqçisi Qyoko Haciyevski özünə yeni iş yeri tapıb. Siasport.az saytı xəbər verir ki, makedoniyalı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanında çalışacaq.

Belə ki, Haciyevski bu ölkənin "Najran" klubu ilə anlaşıb. Lakin tərəflərin müqavilə şərtləri və müddəti barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, Haciyevski hazırda başsız olan Makedoniya yığmasının da sükanı arxasına keçməyə əsas namizədlərdən sayılırdı. Lakin o, ərəblərin təklifini qəbul etməyə qərar verib.//azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə