"İnter" bu gün "Terek"lə qarşılaşacaq

"İnter" bu gün "Terek"lə qarşılaşacaq

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" klubu bu gün növbəti və həm də axırıncı yoxlama görüşünü keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandanın rəqibi Rusiya Premyer Liqasında çıxış edən "Terek" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.


Qeyd edək ki, toplanış çərçivəsində "İnter" artıq iki yoxlama oyununda qüvvəsini sınayıb. İlk görüşdə komanda Ukraynanın "Metallurq"(Zaporojye) klubunа 4:0 hesabı ilə qalib gəlib, ikinci oyunda isə Kaxaber Tsxadadzenın yetirmələri Türkiyənin "Mersin İdman Yurdu" kollektivi ilə bərabərliyə imza atıblar-3:3.

Bütün xəbərlər Facebook səhifəmizdə