“Qızıl Qran-Pri” turnirinin final mərhələsinin birinci günü Azərbaycan idmançıları 10 medal qazanıblar
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə "Qızıl Qran-Pri" turnirinin final mərhələsinin birinci günü Azərbaycan idmançıları 10 medal qazanıblar. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan güləşçiləri Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Pəhləvanlar Əşrəf Əliyev (74 kq), Əli İsayev (120 kq) gümüş medala, Cəmaləddin Maqomedov (120 kq), Toğrul Əsgərov (60 kq), Aleksandr Qostiyev (74 kq) isə bürünc medala sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB