Gürcüstanın Batumi şəhərində budo döyüş növləri üzrə Qara Dəniz ölkələrinin "Sahil" açıq çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda budoçularımız uğurla çıxış ediblər. Xəyal Həsənzadə (25 kq), Musa İsayev (57 kq) və Rahib Əhmədov (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər budoçumuz Yunus Qarayev (25 kq) isə turnirin bürünc medalına sahib olub. Turnirdə yığma komandamız baş məşqçi Firudin Bəşərxahın rəhbərliyi altında mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB