Türkiyənin ardınca İtaliyada da aləm bir-birinə dəydi!

Türkiyənin ardınca İtaliyada da aləm bir-birinə dəydi!

Deyəsən, Türkiyə futbolunda baş verən qalmaqal artıq İtaliyada da əks-səda verməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, İtaliyanın "İnter" futbol klubunun 2005-2006-cı ildə futbol üzrə İtaliya A Seriyasının çempionluğunu hansı yolla qazanması araşdırılmağa başlanılıb. Belə ki, İtaliya hüquq mühafizə orqanları "İnter"in həmin futbol mövsümündə çempionluğu əldə etmək üçün bir neçə ortabab futbol klubu ilə "səxavətli görüşmələr" keçirdiyi barədə məlumat və tutarlı faktlar əldə ediblər.Həmin il "Yuventus"un birinci dəstəyə göndərilməsindən sonra "İnter", sən demə bir neçə klubla danışıqlara girib ikinci pilləni ələ keçirərək İtaliya çempionluğuna sahib olubmuş. Hazırda araşıdırmalara başlanılıb.Həmin mövsümün vacib oyunlarına təyinat almış hakimlər də dindirmələrə cəlb olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə