\"Qarabağ\" klubu ardıcıl 3-cü Avroliqa mövsümünə də fırtına kimi başladı. Siasport.az saytı xəbər verir ki, bu 3 mövsümdə daim özünəməxsus rekordları yeniləyən komanda yenə də \"boş\" dayanmadı. Dünən Litvanın \"Banqa\" kollektivini qəbul edən \"Qarabağ\" 3:0-lıq qələbə qazanmaqla bir sıra rekordlara imza atdı.
1. \"Qarabağ\" Avrokuboklarda 30-cu oyununa çıxaraq özünəməxsus yubuleyə çatdı.
2. \"Qarabağ\" eyni zamanda \"Banqa\" üzərində qələbəylə avrokuboklarda xal sayını 36-ya çatdıraraq ilk pilləyə yüksəldi
3. \"Qarabağ\" 30-cu oyununda 10-cu qələbəsini qazanmaqla \"Neftçi\"ylə qələbə sayını bərabərləşdirdi
4. \"Qarabağ\" Avrokuboklarda qollarının sayını 29-a çatdıraraq təkhakimiyyətliliyə yiyələndi
5. \"Qarabağ\" bir mərhələdə rəqibini hər 2 oyunda darmadağın etməklə növbəti ilkə imza atdı
6. Eyni zamanda indiyə kimi heç bir klubumuz bir mərhələdə nə 7 qol, nə də 7 topluq fərqə malik olmuşdu
7. \"Qarabağ\" avrokuboklar tarixində 3-cü darmadağınla öz rekordunu daha da təkmilləşdirdi
Araşdırma: \"Qarabağ\" FK-nın mətbuat xidməti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB