Dünyanın güləş ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov, Gənclər və İdman Nazirliyinin, həmçinin AGF-nin və müxtəlif ölkələrin güləş federasiyalarının nümayəndələri Fəxri xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə çiçək dəstələri düzülüb.
Qeyd edək ki, bu gün Bakıda start götürmüş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsi dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir.
Yarışda Azərbaycan da daxil olmaqla, 31 ölkədən 500-ə yaxın idmançı öz qüvvəsini sınayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB