Vaqif Cavadov "Volqa"da debüt etdi

Vaqif Cavadov "Volqa"da debüt etdi

Milli komandamızın üzvü Vaqif Cavadov "Volqa"da debüt edib. Siasport.az saytı xəbər verir ki, Cavadov Rusiya klubunun Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda iştirak edib.
Nijni Novqorod təmsilçisi Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşıb. Oyun "Volqa"nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Baş məşqçi bütün futbolçulara, o cümlədən Cavadova oynamaq imkanı verib. Komandanın düşərgəsinə oyun günü çatan Vaqif 75-ci dəqiqədə meydana çıxıb.


Bütün xəbərlər Facebook səhifəmizdə