Zidan \"Barselona\" barədə nə dedi?

Zidan \"Barselona\" barədə nə dedi?
İspaniyanın \"Real Madrid\" futbol klubunun yeni idman direktoru təyin olunan Zinədddin Zidan, sərt açıqlamaları ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, ona göstərilən etimaddan məmnun olduğunu deyən \"Real\"ın və dünya futbolunun əfsanələrindən olan Z.Zidan, bütün bilik və bacarığını kral klubunun inkişafı üçün sərf edəcəyini diqqətə çatdıraraq bildirib ki, yeni mövsümdən olduqca iddialı bir \"Real\" meydanda yerini alacaq. O, əzəli rəqibləri olan \"Barselona\"nı da yaddan şıxarmayıb. Belə ki \"Real\"ın idman direktoru, katalonların hazırda La Liqada olduqca hegemon gücə sahib olduqlarını deyərək əlavə edib ki, yeni mövsümdən \"Barselona\" \"Real\" üçün ciddi bir rəqib olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə