Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu

İsveçrənin Nyon şəhərində futzal üzrə dünya çempionatının ilkin və əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi əsas seçmə mərhələnin 5-ci qrupunda Xorvatiya, Ukrayna yığmaları və ilkin seçmə mərhələnin E qrupunda birinci yeri tutacaq komanda ilə mübarizə aparacaq. İlkin seçmə mərhələnin E qrupunda Makedoniya, Çernoqoriya, Fransa və İsveçrə yığmaları yer alıb.

Xatırladaq ki, futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində millimizin mübarizə aparacağı 5-ci qrupun oyunları dekabrın 14-dən 18-dək olan müddətdə Bakı şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə