"Bakı" “İstra” klubu ilə qarşılaşacaq

"Bakı" “İstra” klubu ilə qarşılaşacaq

Sloveniyada təlim-məşq toplantısını davam etdirən "Bakı" klubu 9 iyul 2011-ci il tarixdə 3-cü yoldaşlıq oyununa çıxacaq. Siasport.az saytı xəbər verir ki, komanda Xorvatiyanin yüksək liqa təmsilçisi "İstra" klubu ilə qarşılaşacaq.

Tam adı "Nogometni klub Istra 1961" olan rəqib 2003-2004, 2008-2009-cu illər mövsümlərində Xorvatiya kubokunun finalına yüksəlib. Ev oyunlarını Pulanın 10 min azarkeş tutumlu "Aldo Drosina" stadionunda keçirir.

Oyun saat 21:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə