“Bakı” klubu Litva millisinin üzvü ilə 2 illik müqavilə imzalayıb

“Bakı” klubu Litva millisinin üzvü ilə 2 illik müqavilə imzalayıb

"Bakı" futbol klubu Litva millisinin üzvü ilə 2 illik müqavilə imzalayıb. 30 yaşlı Deividas Çesnauskis 2013-cü ilə qədər "Bakı"nın idman şərəfini qoruyacaq. Siasport.az saytı xəbər verir ki, 1981-ci ilin 30 iyun tarixində anadan olan Çesnauskisin futbolçu karyerası Litvanın "Ekranas" klubunda başlayıb. 1997-2000-ci illərdə Panevejis klubunun şərəfini qoruyan müdafiəçi Rusiyanın "Dinamo" Moskva klubuna transfer olunub.


2003-cü ilə qədər "Dinamo" forması geyən litvalı futbolçu, 2004-cü ildə Moskvanın digər iddialı klubu "Lokomotiv"ə keçib. Deividas 2005-2009-cu illərdə Şotlandiyanın "Hearts" (Heart of Midlothian) klubunda çıxış edib. Bu klubda 68 oyun keçirən Çesnauskis 5 qola imza atıb.


2009-cu ildə Yunanıstan təmsilçisi "Erqotelis"lə anlaşan futbolçu (24 oyun 2 qol), 2010-cu ildə ünvanını "Aris"ə dəyişib. Cari mövsüm 15 dəfə Yunanıstan çempionatında forma geyən Deividas Çesnauskis artıq \"Bakı\"nın Sloveniyada keçirdiyi təlim-məşq toplantısına qatılıb.


O, Litva milli komandasının hetərində 37 oyun keçirib, 4 qola imza atıb. Boyu 181 sm-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə